Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir.
Belə ki, Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.
Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.
Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.
Xocavənddə 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ AÇIQLAMA
08
yanvar
22:25
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev