Fransada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Bordo şəhərinin meri Nikola Floryan və Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşüb.
Bakisesi.com xəbər verir ki, nazir İnam Kərimov görüşlərdə kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Həmçinin iki ölkə arasında bu sahədə mövcud əməkdaşlıqdan danışıb.
Qeyd olunub ki, Bakı-Bordo şəhərləri 1979-cu ildən qardaşlaşıb. Hər iki şəhərin sakinlərinin bir-birini, eləcə də mədəniyyətlərini yaxından tanımasını təşviq etmək üçün əməkdaşlıq əlaqələri genişləndirilməlidir.
Ölkəmizin kənd təsərrüfatı sahəsində də Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən nazir, Nikola Floryanı Azərbaycana səfərə dəvət edib.
Nikola Floryan Bordo-Bakı əməkdaşlığını yüksək qiymətləndirərək, onun daha da dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Dəvəti qəbul edən Bordo şəhərinin meri qarşıdan gələn bələdiyyə seçkilərindən sonra ölkəmizə səfər edəcəyini bildirib.
Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşdə isə regionun kənd təsərrüfatı haqqında ətraflı məlumat verilib. Jan-Pyer Reno Yeni Akiten regionunda əsasən ətlik istiqamətli iribuynuzlu cins heyvanların bəslənildiyini bildirib, üzümçülük və şərabçılığın inkişafından söz açıb.
Nazir İnam Kərimov fransız şirkətlərini ölkəmizdə hər il keçirilən “CaspianAgro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.
Bordoya səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri yerli şərab şirkətində də olub, üzümçülük və şərabçılıq sahələrinin inkişafına göstərilən dövlət dəstəyi ilə maraqlanıb.
İnam Kərimov vitse-prezident və merlə görüşdü
05
oktyabr
08:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev