Bunu yalnız Ramiz Mehdiyev bilir: Bilsin, ancaq mətbuatı hədələməsin...
Zəruri qeyd: AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini akademik Cavad Abdinov aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilmişlər.
Bundan bir neçə gün sonra bu barədə dövri mətbuadta gedən yazılara cavab olaraq Rəyasət Heyəti "tarixi" bir bəyanat qəbul etmişdir.
Qurumun Rəyasət heyətinin 12.01.2021-ci ildə qəbul etdiyi Bəyanatdan:
"Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq.
Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir."
Paradoksa diqqət edək: İlk öncə qeyd edim ki, Bəyanat cəmiyyəti çaşdırmağa xidmət edir. Bir tərəfdən deyirlər ki, İnstitutda gənc bacarıqlı kadrlar yetişdirilir, digər tərəfdən isə deyirlər ki, kadr təyinatında xətalara yol verilib. AMEA-nın Rəyasət Heyəti izah etsin görək, tədqiqat institunda maliyyə-təsərrüfat pozuntuları (xətaları) nə deməkdir? Pulu hara xərcləyiblər? Əmək nizam –intizamının tənzimlənməsi nə deməkdir? İndi Nazim Məmmədovun yetişdirdiyi alimlərin sayına diqqət edək: (N. Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib). Fəlsəfə doktorları-2, elmlər doktoru-1 nəfər. Bu akademiklər arasında ən aşağı göstəricidir.
Onun məqalələrinin Xaricici nəşrlərdə çap olunma tarixi də diqqəti çəkir: 2000-2008-ci illər. Adama elə gəlir ki, fizika elmi donub. Bəlkə deyəsiniz ki, neytrinonun kütləsinin kəşfindən (Nazim Məmmədova doğma olan yaponlar kəşf ediblər: S. Nakamura, T. Kadzita) sonra daha tədqiqatlara ehtiyac qalmayıb?
Sonda Rəyasət Heyəti bu mövzuya toxunanları hədələyib: “AMEA-da aparılan daxili yoxlamaları elm ictimaiyyətinin nümayəndələrinə qarşı qaralama kampaniyasına çevirməyə çalışanlar atdıqları addımın həm hüquqi, həm də mənəvi məsuliyyət yaratdığını unutmamalıdırlar.”
Demək AMEA-dan ancaq tərif yazılmalıdır?
Onun yerinə təyin olunmuş Adil Qəribovun yetişdirdiyi alimlərin sayı belədir: 18 fəlsəfə doktoru və 2 elmlər doktoru. Ancaq bu göstərici onun Fizika İnstitutun direktor təyin olunmasına əsas vermir. Deyəsən ortada başqa nüanslar var. Bunu isə yalnız və yalnız Ramiz Mehdiyev bilir... Bilsin, ancaq mətbuatı hədələməsin...
Tələbələr üçün normal "Fizika" dərsliyi yazmaq və şagirdlər üçün fizikanı populyarlaşdırmaq lazımdır.
Etibar Əliyev //yenisabah.az//
Bunu yalnız Ramiz Mehdiyev bilir: Bilsin, ancaq mətbuatı hədələməsin...
14
yanvar
09:27
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev