Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, bunun əsasında isə bir neçə vacib elmi izahlar durur ki, bunları bilmək hər kəs üçün önəmlidir:
"Məsələn, 16 yaşdan aşağı insanlara peyvəndin vurulmaması nəticəsində bu yaş qrupları arasında virusa yoluxmalar ola bilər və biz elm adamları artıq bu yaş qrupunda olan insanların virusu böyüklər kimi yaymaq qabiliyyəti olduğunu da bilirik. Nəticədə isə peyvəndləmə ilə yanaşı virusa yoluxmaların qarşısını almaq üçün bu cür yaş qruplarına qarşı xüsusi nəzarət olmalıdır.
Mütləq olaraq peyvənd alan və olmayanlara fərq qoyulmadan onlara virusa qarşı tətbiq edilən qayda və qanunlara riayət etməyin vacibliyi bildirilməlidir. Digər vacib amil isə virusa yoluxub sağalan şəxslərə nəzarətdir ki, onlara da özlərinin virusun mutasiyaya uğramağa səbəb olmaları deyilməli və bundan əlavə bunun da birbaşa yoluxmaların çoxalmasına gətirib çıxarması problemi izah edilməlidir.
Beləliklə bir daha təkrar edirəm ki, yuxarıdakı və digər elmi əsaslı fikirlərə görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər".
Onun fikrincə, bundan başqa insanlarımız bilməlidir ki, indiki zamanda tətbiqinə başlanan peyvəndlərin böyük əksəriyyəti birinci nəsil peyvəndlərdir və məqsədi ölüm saylarını azaltmaq və ağır kliniki gedişlərin qarşısını almaqdır:
“Hazırda vaksinasiya zamanı istifadə olunacaq peyvəndlərin böyük qismi birinci nəsil peyvəndlərdir. Birmənalı olaraq hər kəs bilməlidir ki, birinci nəsil peyvəndlərin əsas məqsədi ölüm saylarının və ağır kliniki gedişlərin qarşısını almaqdan ibarətdir ki, bununla da səhiyyə sistemlərində olan yüklənmələrə dəstək oluna bilər. Bu tip peyvəndlərin tətbiqindən sonra yenidən yoluxma baş verərsə, bu çox zəif və ya hiss edilməyən simptomlarla özünü biruzə verməlidir. Bütün bunları qısa da olsa nəzərə alıb demək olar ki, vaksinasiya hələ davam edən pandemiya ilə mübarizənin sadəcə olaraq bir hissəsinə aiddir”. (Trend)
İnsanlar peyvəndləndikdən sonra da maska taxmalıdırmı? - HƏKİM RƏYİ
14
yanvar
16:15

Qarabağ
KOMMENTLƏR
Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyasıyla bağlı XƏBƏRDARLIQ
COVİD-19-dan sağalan şəxs yenidən virusa yoluxarsa... - HƏKİM RƏYİ
Koronavirus nə zaman bitəcək?
“Sinovac”ın qoruyucu təsiri açıqlandı: “Türkiyədə aparılan tədqiqatlar göstərir ki...”
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat