“Artıq son həftələrdə virusla mübarizənin ön planında duran peyvənd istehsalı və tətbiqi məsələsində bütün inkişaf etmiş ölkələr kimi Çin də öz dəsti-xətti ilə seçilir. Burada bir neçə fərqli üsulla peyvəndin hazırlanması prosesi gedir və müxtəlif kliniki fazalarda olan peyvəndlər var. Bunlardan hazırda dünyada müzakirə olunanlardan biri də “Sinovac”-ın hazırladığı peyvənddir”.
Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib.
O qeyd edib ki, “Sinovac”-ın hələ aprel ayında olan ilkin tədqiqatlarından sonra istehsalının və tətbiqinin digər peyvəndlərdən daha tez olacağı bəlli idi:
“Bu peyvəndin hazırlanması inaktiv viruslara əsaslandığına görə digərlərindən sadədir. Bunun daşınması, eləcə də istehsaldan sonra digər ölkələrdə saxlanması da digərləri kimi mürəkləb deyil. “Sinovac” peyvəndinin tətbiqinin tam nəticələri hələ elmi ədəbiyyata daxil olmasa da bəzi ölkələrdəki müsbət nəticələri media üzərindən insanlara bildirilib. Bunlardan da biri Türkiyədə aparılan tədqiqatın nəticəsi göstərir ki, burada da peyvəndin qoruyuculuğu 91,25 faiz göstərilib. Ümumiyyətlə peyvəndin fərqli ölkələrdəki nəticələri yanvar ayında elmi ədəbiyyata daxil olacaq. Bu zaman peyvənd haqqında elmi tərəfdən daha dəqiq danışmaq olacaq”.
“Sinovac”ın qoruyucu təsiri açıqlandı: “Türkiyədə aparılan tədqiqatlar göstərir ki...”
29
dekabr
11:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat