Sərnişin avtobuslarından biri qara tüstü buraxıb. Bununla bağlı video çəkilərək votsap nömrəmizə göndərilib. Məlum olub ki, həmin avtobusda xəttə çıxandan sonra nasazlıq yaranıb.
Bakisesi.com xəbər verir ki, görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.
Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.
Avtobusdan çıxan qara tüstünün səbəbini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Kalon rəisi Mahir Quliyev həmin faktdan xəbərdar olduqlarını bildirdi. Həmin avtobusla bağlı tədbir gördüklərini dedi.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, nəqliyyat vasitələrinin ekologiyanı bu formada çirkləndirməsi yolverilməzdir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ekologiyanı çirkləndirən nəqliyyat vasitələri 50 manat məbləğində cərimələnə bilər.
Sürücülərin DİQQƏTİNƏ: 50 manat cərimə oluna bilərsiniz
07
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev