Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.
Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli danışıb:
“Əvvəlcə onu qeyd edim ki, yanacaq bütün növ əmtəələrin, yəni məhsul və xidmətlərin maya dəyərindən daha yüksək, xüsusi çəkiyə malik olan xərc maddəsidir. Ona görə də birmənalı olaraq qeyd etməliyəm ki, bütün istehsal məhsullarının qiymətlərinin artması gözlənilir və artacaq. Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli bu enerjinin də qiymətinə təsiri olacaq.
Hesab edirəm ki, bu Azərbaycanda bütün növ istehsal məhsulların qiymətlərinə təsir edəcək. Qiymət artımı bəzi sahələrdə az, bəzilərində daha çox müşahidə olunacaq.
Hökumətin özünün hədəflədiyi bəzi məhsullar var ki, həmin məhsulların qiyməti bir qədər cilovlansın.
Çörəyin qiymətinin inanmıram ki, sonadək hökumət cilovlaya bilər. İlin ikinci yarısında çörəyin qiyməti qalxacaq. Əgər bu olmasa da, çörəyin çəkisi bir qədər azaldılacaq. Digər məhsullar da onun kimi hesablaacaq”.
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
15
yanvar
15:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev