Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc edilən məqalədə futbolda da dronla hücum təhlükəsinin olmasından söz açılır, Lüksemburqun "Düdelanj" və Azərbaycanın "Qarabağ" futbol komandaları arasında keçirilən oyunda naməlum dron vasitəsilə törədilən təxribat haqqında məlumat verilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, UEFA-nın məlumatına istinadən şotlandiyalı hakim Con Bitonun təhlükəsizlik səbəbindən oyunun 31-ci dəqiqəsində qarşılaşmanı dayandırdığı bildirilir və UEFA-nın bu qərarı doğru hesab etdiyi nəzərə çatdırılır. Belə ki, bu vaxt erməni bayrağına oxşar bayrağın bərkidildiyi dronun qarşılaşmanın keçirildiyi meydanın üzərində uçmasının müəyyən edildiyi bildirilir. Bu səbəbdən hakimin oyunu dayandırdığı vurğulanır. UEFA-nın oyun haqqında rəsmi məlumat əldə etdikdən sonra müvafiq qərar qəbul edəcəyi qeyd olunur.
Məqalədə Ermənistanla Azərbaycan arasında uzun illərdir münaqişənin olduğu, Dağlıq Qarabağ regionunun beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi hesab edildiyi diqqətə çatdırılır. Münaqişənin əvvəllər də idmana təsirinin olduğu vurğulanır. Belə ki, İngiltərənin "Arsenal" futbol komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryanın may ayında Bakı şəhərində keçirilən Avropa Liqasının final oyununda "Çelsi" komandasına qarşı oyuna çıxmaqdan imtina etdiyi nəzərə çatdırılır.
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır
08
oktyabr
11:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev