"GəncLİK proqramı çox unikal layihədir. Gənclər Fondunun və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə keçirilən bu layihəyə ümumilikdə 1000 iştirakçı müraciət edib. Onlardan 30-a yaxın gənc müxtəlif mərhələlərdən keçməklə bu proqram üçün seçilib".
Bakısesi.com məlumatına görə, bunu “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, dövlətin gənclər siyasəti ilə bağlı çoxşaxəli islahatlar həyata keçirilir: "Bu proqram da dövlətin gənclərə göstərdiyi diqqətin göstəricilərindən biridir. "ASAN Xidmət"in öz kollektivi də gənclərdən ibarətdir. Burada 22 minə yaxın gənc könüllülük məktəbini keçib. Eyni zamanda gənclərimiz ayrı-ayrı dövlət orqanlarında müxtəlif təcrübələr keçirlər. Bu proqram isə müəyyən keyfiyyətlərə, kriteriyalara cavab verən gənclərimizin məqsədyönlü şəkildə təcrübə proqramından keçməsini ehtiva edir. Bu gənclər əvvəlcə test mərhələsindən, daha sonra video formatda müsahibədən keçiblər".
Ülvi Mehdiyev bildirib ki, Azərbaycanın gənclər siyasəti ilə məşğul olan ekspertlərinin, mütəxəssislərinin seçdiyi 30 gənc müxtəlif təlim və treninqlərə cəlb olunacaqlar: "Eyni zamanda onlar ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinin yanında xüsusi qaydada təcrübədən keçəcəklər. Bu gənclərin arasından daha peşəkar, təcrübəli olanları digər dövlət xidmətlərinə cəlb olunmaq üçün sonradan dövlət qulluğuna cəlb ediləcəklər".
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
08
oktyabr
15:00
Qarabağ
KOMMENTLƏR
İlham Əliyev “ASAN xidmət”in sədrini təltif etdi -
"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi -
Gələn il Azərbaycanda daha 5 “ASAN xidmət” mərkəzi yaradılacaq
Beynəlxalq Ahıllar Gününə həsr olunan tədbir keçirilib (FOTO)
Prezident dünyanın ən ağıllı robotu “Sofiya” ilə görüşdü - Fotolar
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev