Daxili işlər orqanları tərəfindən 4 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və “Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülüb.
Polis 4 rayonda əməliyyat keçirdi: Saxlanılanlar var
21
yanvar
14:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat