Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kaspi.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı, kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Etibar Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində də əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Abşeron rayonu Saray qəsəbəsində yaşayan Habil Qarayevin evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edilərək yetişdirdiyi ümumilikdə 60 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Habil Qarayev ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mart ayında əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar, araşdırmalar davam etdirilir.
DİN əməliyyat keçirdi - Video
21
yanvar
21:53
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev