Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması nəticəsində həftəsonları regionlardakı hotellərin doluluq səviyyəsi demək olar ki, pik həddə olur.
Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda sərt karantin rejimi yumuşaldılıb, rayon və şəhərlərarası gediş-gəliş bərpa olunduqdan sonra regionlardakı hotellər də yerli turistləri qəbul etməyə başlayıb:
"Yerli turistlər səyahət zamanı daha çox qar yağan rayonları seçirlər. Onu da qeyd edim ki, digər rayonların hotellərində də canlanma müşahidə olunur. Bir ilə yaxındır ki, pandemiya səbəbindən çətinliklə üzləşən turizm sektorunda rayon və şəhərlər arası gediş-gəlişin bərpa olunması nəticəsində canlanma müşahidə edilir. Gediş-gəlişin bərpa olunması daxili turizmin bərpasına təkan verir və ona müsbət təsir göstərir. Lakin unutmayaq ki, pandemiya hələ bitməyib, turistlər və turizm obyektləri Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməli, sosial məsafə və gigiyena məsələlərinə diqqət yetirilməlidirlər".
G.Qəhrəmanov əlavə edib ki, ölkəmizdə vaksinasiyaya başlanılma yayda turizmin bərpa ediləcəyinə də ümid yaradır.
Şura sədri hesab edir ki, COVİD-19-a yoluxma sayı artmasa, bu il yay mövsümündə daxili turizm tam fəaliyyət göstərə bilər. (Trend)
Rayonlara gediş-gəlişin bərpası bölgələrdə turizmə necə təsir edib?
02
fevral
15:42
Qarabağ
KOMMENTLƏR
Regionlardakı hotellərdə bahalaşma varmı?
Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Deputatdan AÇIQLAMA
Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı