Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirildi. Eyni zamanda rayonlara gediş-gəlişin də bərpası gözlənilir. Gələn həftədən rayonlara gediş-gəliş bərpası ilə bağlı qərar verilə bilərmi?
KONKRET.az-ın bununla bağlı sualını cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, rayonlarda artıq sərt karantin rejimi yığışdırılıb:
“Mən özüm Gəncədəyəm. Gəncə, Goranboy da sərt karantin rejimində idi, lakin sonuncu yumşalmadan sonra bu rayonlarda sərt karantin rejimi yığışdırılıb. Sərt karantin rejimi yalnız Bakı, Sumqayıt və Abşeronda saxlanılıb. Orada da əhali sıxlığı məsələsi var. Ən önəmlisi isə yoluxmaların əksər hissəsi həmin rayon və şəhərlərdə olduğu üçün sərt karantin rejimi saxlanıldı. Təbii ki, rayonlara gediş-gəlişin açılması yoluxanların artma-azalma dinamikasından asılıdır. Gündəlik yoluxanların sayı hələ ki, artma-azalma dinamikası ilə davam edir. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, rayonlara-gediş gəliş açıla bilər. Məzuniyyətlər də artıq bitir. Rayonlara gedənlərin sayı da az olacaq. Çünki insanlar daha çox məzuniyyət zamanı yay aylarında rayonlara üz tutur”.
Müşfiq Cəfərov fikrini belə tamamlayıb:
“Nəzərə alsaq ki, dərslər başlayır, iş yerləri fəaliyyətini bərpa edir. Bu baxıından hesab edirəm ki, rayonlara gediş-gəliş açılsa belə ciddi narahatlıq yaratmayacaq. Təbii ki, rayonlara gediş-gəlişin açılması üçün müəyyən qaydaların hazırlanması və insanlarımızın Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməsi vacibdir”.
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
04
sentyabr
11:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev