İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov bildirib ki, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.
“Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq", - deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayımları Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox "Avroviziya" mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.
Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq.
Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.
Bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin Mayın 18-i və 20-də, final mərhələsinin isə Mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.
“Avroviziya-2021“ təmsilçimiz müəyyənləşdi
03
fevral
13:37
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev