Gəncə şəhər, Atatürk prospekti 197, bina 1, mənzil 127 ünvanında yaşayan Bayram Cəfərov göndərdiyi şikayətində bildirib ki, azyaşlı övladına əlilik pensiyası ala bilmir.
“Qızım Aysel Cəfərova ağır dərəcəli kəllə – beyin travması alıb, psixi xəstə vəziyyətinə gəlib. Müayinə və müalicəsini vaxtı – vaxtında etməyə imkanım yoxdur.”
DİA.AZ xəbər verir ki, Bayram Cəfərov qızına əlillik pensiyası təyin edilməsi üçün lazimi sənədləri və xəstəlik epikrizini Gəncə şəhər Ruhi Əsəb Dispanserinə təqdim edib. Ancaq dispanserdən Sevil həkim sənədləri elektron qaydada göndərməkdən imtina edib və bunun yalnız mart ayında mümkün olacağını bildirib.
Bayram Cəfərov deyir, səbəbini soruşduqda isə dispanserin həkimi başqa əlavə məlumat verməyib.
Şikayətçi məsələ ilə bağlı prezidentə də müraciət ünvanlayıb.
Qeyd edək ki, Bayram Cəfərov özü də əlildir, ailəsini aldığı pensiya ilə dolandırır.
Qarşı tərəfin mövqeyini dərc etmək üçün Gəncə şəhər Ruhi Əsəb Dispanseri ilə əlaqə saxlamaq mümkün olmadı.
"Müayinə və müalicəsini vaxtı–vaxtında etməyə imkanım yoxdur" - GİLEY
09
fevral
16:48
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev