Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Kanadanın Kalqari şəhərində Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin ("Society of Petroleum Engineering Global- SPE Global") təşkilatçılığı ilə keçirilmiş beynəlxalq "Petrobowl" yarışının final mərhələsində iştirak edərək fərqləniblər.
Milli.Az xəbər verir ki, neft-qaz mühəndisliyi ixtisasının tələbələri olan Əli Nurəliyev (bakalavr, V kurs), Nihad Abbasov (bakalavr, V kurs), İsmayıl Əkbərov (magistratura, I kurs), Məhəmməd Vəliyev (magistratura, II kurs) və Niyaz Əhmədzadə (magistratura, II kurs) yarışda Azərbaycanı yüksək səviyyədə təmsil edərək Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olublar.
Xatırladaq ki, BANM-in tələbələri bundan öncə yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün Xəzər regionu üzrə eyniadlı yarışda Rusiya və Qazaxıstanın bütün universitet tələbələrini məğlub edərək birinci yeri tutublar.
"PetroBowl" yarışı neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilən beynəlxalq səviyyəli yarışmadır. Əsası 2002-ci ildən qoyulmuş yarış 2015-ci ildən etibarən qlobal səviyyədə təşkil edilməyə başlayıb. Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin təşkil etdiyi yarışda dünyanın müxtəlif universitetlərindən olan Neft-qaz mühəndisliyi tələbələri iştirak edərək ixtisasla bağlı texniki və qeyri-texniki sənayə sahəsinə aid suallara cavab verərək öz bilik və bacarıqlarını yoxlayır.
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
15
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev