Oğuz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Bu barədə Oğuz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanovun sərəncamı ilə İsgəndərov Vasif Teyfuk oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin müdiri vəzifəsinə təyin edilmişdir.
İsgəndərov Vasif Teyfuk oğlu 24 sentrabr 1990-cı ildə Oğuz şəhərində anadan olub, 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfində 3-cü məharət dərəcəsi ilə təltif edilib.
Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Vətən müharibəsi iştirakçısına İcra Hakimiyyətində vəzifə verildi
22
fevral
21:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev