“AFB Bank”ın xalis mənfəəti 2020-ci ilin sonunda 855 min manat və ya 14% azalaraq 5 mln. 388 min manata düşüb.
Bankın hesabatında bildirilir ki, “AFB Bank”ın əsas olan bütün göstəriciləri kəskin şəkildə azalıb. Bankın müştərilərinə verdiyi xalis kreditlər 184 milyon 310 min manat və ya 57,1% azalaraq 137 milyon 966 min manata düşüb. Bu azalma bankın aktivlərinin kəskin şəkildə düşməsinə əsas səbəblərdən biri olub. Belə ki, bankın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 293 milyon 280 min manat və ya 51% azalaraq 281 milyon 426 min manata enib.
DEPOZİT PORTFELİ TÜKƏNİR
“AFB Bank”da yerləşdirilən depozitlərin həcmi 1 il ərzində 268 milyon 857 min manat və ya 70,8% azalaraq 110 milyon 568 min manata enib. Nəticədə bankın cəmi öhdəlikləri 1 il ərzində 289 milyon 907 min manat və ya 3 dəfədən çox azalaraq 204 milyon 340 min manata düşüb. Bundan başqa bankın cəmi kapitalı 3 milyon 373 min manat və ya 4,1% azalaraq 77 milyon 86 min manatadək enib.
Bankın faiz gəlirləri 27 milyon 317 min manat, faiz xərcləri 2 milyon 3 min manat olub ki, bu da bankın xalis faiz gəlirini 1 milyon 236 min manat azalaraq 25 milyon 314 min manata enməsinə səbəb olub. “AFB Bank”ın qeyri-faiz gəlirinin 7 milyon 840 min manat, qeyri-faiz xərclərinin isə 18 milyon 470 min manat olması bankın əməliyyat mənfəətinin 2 milyon 301 min manat və ya 13,5% azalmasına səbəb olub. Nəticədə bank 2020-ci ilin sonunda 14 milyon 684 min manatlıq əməliyyat mənfəəti əldə edib.
Bankın məcmu kapitalı 1 il ərzində 3 milyon 346 min manat və ya 4,2% azalaraq 75 milyon 806 min manat olub.
Valyuta.Az
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
23
fevral
18:05
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev