Ötən gecədən etibarən ölkə ərazisində havaların kəskin dəyişməsi nəticəsində Bakıda avtomobil yollarında vəziyyət çətinləşib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda paytaxtda duman, çiskin, şaxta və qar müşahidə olunur:
“Əksər yollarda sürüşmə ehtimalı yaranıb, bəzi ərazilərdə avtomobillərin sürüşməsi artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması problem yaşadır. Bəzi sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün artıq maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Lakin buna baxmayaraq, gecə saatlarından Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək ərazidə xidmət təşkil edilib. Sürücülərə təhlükəsizliyin təmin edilməsi ilə bağlı köməklik göstərilir. Yolların təmizlənməsi ilə bağlı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə yol polisi işlər aparır".
V.Əsədov qeyd edib ki, yol kənarlarında səkilər qar olduğu üçün bəzi hallarda piyadalar avtomobil yollarının hərəkət hissəsinə çıxır: "Bu isə həm piyadaların həyatı üçün, həm də avtomobillərin hərəkətinə təhlükələr yaradır. Piyadalardan xahiş edirik, yalnız piyada səkiləri ilə hərəkət etsinlər". (Trend)
Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video
24
fevral
11:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev