Erməni quldurları 1990-cı illərin əvvəllərindən etibarən Qarabağın yaşayış məntəqələrində, kəndlərində kütləvi soyqırımlar törətməyə başlayıblar. Dinc əhaliyə - qoca, cavan, yaşlı, uşaq demədən divan tutulub. Hər yer talan edilib, infrastruktur dağıdılıb, kəndlər, qəsəbələr viran qoyulub.
Bakısəsi xəbər verir ki, üstündən 30 il keçdikdən sonra Xocavəndə - doğma ata yurduna gələn azərbaycanlılar həmin dəhşətli günləri anbaan xatırlayır.
Yandırılmış, məhv edilmiş, əhalisi amansızcasına öldürülmüş kəndlər, uzun illər işğalda saxlanılan və yerlə-yeksan edilmiş yurd yerləri...
Erməni vəhşiliklərinin ən dəhşətlisi isə 1992-ci ilin fevralında törədilən Xocalı faciəsidir. 20-ci əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımından 29 il ötür. Bu il Xocalı faciəsini ilk dəfədir ki, həmin dəhşətlərin baş verdiyi yerlərdə - işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaddaşlarda canlandırırıq.
Xocalı şahidləri Xocalıda və ətraf rayonlarda törədilən kütləvi soyqırımları hadisə yerlərində yada salır. Olduqca dəhşətli mənzərədir. Soyqırımın törədildiyi ərazilər, insanların başıaçıq, ayaqlayın, qarlı-şaxtalı havada yaşadığı dəhşətlər, meyitlərin səpələndiyi dağlar, fəyrad səsləri ucalan meşələr, tanınmaz hala salınan meyidlərin daşındığı cığırlar, yollar... Həmin tükürpədən anları, qandonduran erməni vəhşiliklərini bu dəfə Xocalı şahidləri o yerləri qarış-qarış gəzərək xatırlayır.
Ağdam məscidi. Xocalıdan, ətraf kənd və qəsəbələrdən gətirilən meyitlər burada tanınır, yuyulub kəfənlənir və yaxınlarına təhvil verilirdi. Bu hadisələrin canlı şahidi olan Xocalı sakinləri o günləri belə yadda saxlayıb.
Trend TV-nin Qarabağ bürosunun erməni terroru, vandalizmi və Xocalı soyqırımı haqqında şahidlərin iştirakı ilə hazırladığı videoreportajı təqdim edirik:
Meyitlərin səpələndiyi dağlar, meşələr... - Video
26
fevral
10:58
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev