Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
Maraqlıdır, saziş qüvvəyə mindikdən sonra iki ölkənin də iqtisadiyyatında hansı dəyişikliklər olacaqdır?
Modern.az-ın əməkdaşı bu sorğu ilə iqtisadçı Natiq Cəfərliyə müraciət edib.
Onun sözlərinə görə, imzalanan sazişdən sonra hər iki ölkənin bazarlarında ucuzlaşma müşahidə olunacaq:
“Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün 14 saziş imzalanıb. İmzalanan yeni sazişlərdə gömrük və vergi rüsumları ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Təbii ki, bunlar qarşılıqlı güzəştlər olacaq. Qarşılıqlı güzəştlərin olması hər iki ölkənin məhsullarının bir-birilərinin bazarlarına daha rahat və bəzi iki qat vergilərdən azad olunmuş şəkildə daxil olacaq. Bu da təbii ki, Azərbaycan məhsullarının Türkiyə bazarında və Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasına səbəb olacaqdır. Həm də Azərbaycan məhsullarının Türkiyə bazarına daha rahat çıxış əldə etməsi üçün şərait yaradacaq”.
İqtisadçı ticarət dövriyyəsinin genişlənməsini bir hədəf kimi qarşıya qoyulduğunu qeyd etdi:
“Türkiyə tərəfdən verilən məlumata görə, yaxın 2-3 ildə ticarət dövriyəsinin 3 dəfə artrılması (15 milyard dollara çatdırılması) nəzərdə tutulur. Ona görə də bu müqavilələr hər iki ölkənin ticarət dövriyyəsinə və iqtisadiyyatına müsbət təsir edəcəkdir. Bir sözlə, bütün hallarda hər iki ölkənin ticarət dövriyyəsinin genişlənməsi bir hədəf kimi qarşıya qoyulub”.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.
Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ
02
mart
17:19
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev