Qlobal.az xəbər verir ki, İnstitutun "media xidmətlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi "Buludmedia" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
"Buludmedia" MMC 2016-cı ildə təsis edilib.
10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə, ev 6, mənzil 8 ünvanıdır.
Cəmiyyətin qanuni təmsilçisi Cəfərov Emil Kamal oğludur.
Maraqlıdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun media xidmətləri üzrə sifarişçi olduğu satınalmanın smetası bəzi nazirliklərin sözügedən xidmət üzrə sifarişçi olduqları satınalmaların smetasından qat-qat baha görünür.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitun sədri Məmmədov Sadiq Ərzuman oğludur.