Bir neçə gün əvvəl cənub zonasına yağan qar fəsadsız ötüşməyib. Nəticədə Astara rayonu Şiyəkəran sitrusçularına külli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi Zəibəli Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə təsərrüfatında xeyli sayda limon, naringi və portağal ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb: “İki gün səhərə qədər yatmayıb ağacların üstündəki qarı çırpsaq da xeyri olmadı. Təsərrüfatımda 150 ədəd feyxoa ağacı var idi, qar yağandan sonra təxminən 140-a yaxın ağaclar qırılıb, tökülüb. Bu təkcə mənim təsərrüfatımda belə deyil, rayonda başqa sitrus təsərrüfatlarda da vəziyyət eyni cürdür. Qırılan feyxoa ağacları 25 illik ağaclar idi və hər ağacdan 50-60 kiloqram məhsul yığırdıq. Təsəvvür edin, 150 ağac hərəsi 50 kiloqram meyvə verərsə, hər dərimdə bu 7 tondan artıq məhsul deməkdir. Biz həm də bir neçə dəfə məhsul toplaya bilirdik. Təsərrüfatımın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün isə 7-8 il vaxt lazımdır, bu müddət ərzində bizə nə qədər ziyan dəyəcəyini hesablamaq da çətindir”.
Digər təsərrüfatçı Hacıhüseyn Qəhrəmanov təsərrüfatında olan sitrus ağaclarının əksəriyyətini 1993-cü ildə əkib: “Bəziləri isə 80-ci illərdə əkilib. Burada 400-ə yaxın sitrus ağacları var, bunların çoxu portağal ağaclarıdır. Sonuncu dəfə qar yağandan sonra elə ən çox portağal ağacları qırılıb-tökülüb. Mən hər portağal ağacından 70-100 kiloqram arası meyvə toplayardım. Ağacların bəziləri budaqlarından, bəzilərinin isə gövdəsindən sınıb. Türkiyədən gətirdiyim portağal ağacı elə sınıb ki, daha yenidən dirçələ bilməyəcək. Digər bağımda da 250-ə yaxın sitrus meyvəsi ağacları var. Orada da ağacların çoxuna ziyan dəyib. Həmin bağ uzaqda olduğundan və yolun çətinliyindən orada ziyan görmüş ağacları hələ gedib bərpa edə bilmirəm. Bu bağda qırılan ağacları, hansıları ki, bərpa etmək olar onları dayaqlar vasitəsi ilə dikəltmişəm. Bəzilərini isə birləşdirib, bağlayıram”.
Şiyəkəran sakini, sitrus təsərrüfatçısı Tacir Qədirzadə də təsərrüfatına dəydiyi ziyandan Sputnik Azərbaycan-a danışdı: “Məlum olduğu kimi Astaramızda çoxlu sitrus bağları var. Yəni, rayon əhalisinin çoxu sitrusçuluqla dolanır. Sonuncu dəfə 2 gün qar yağması nəticəsində qarın ağırlığına tab gətirməyən bir çox sitrus ağacları qırılıb. Mənim təsərrüfatımda ən çox feyxoa, portağal və naringi ağaclarına ziyan dəyib. Yəni, nəzərə alsaq ki, hər ağacdan 50-60 kiloqram məhsul götürülürdüsə, üzümüzə gələn mövsüm məhsul az və baha ola bilər”.
İnam Kərimovun NƏZƏRİNƏ: Astarada fermerlər DAD DEYİR... - PROBLEM
09
mart
16:16
Qarabağ
KOMMENTLƏR
İnam Kərimov fermerlərimizə sahib çıxmır... - Belə davam edərsə...
Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?
Yasamalda ağaclar niyə köçürülür? - Nazirlikdən CAVAB (FOTO)
Atatürk parkındakı ağaclar niyə kəsilir? - AÇIQLAMA (FOTO)
“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı