Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edib.
- Abşeron yarımadasında hansı növ ağaclar əkilə bilər?
- Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.
- Ağacların böyüməsi və qurumaması üçün əkin prosesində nələrə diqqət yetirməlidir?
- Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır. Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməlidir. Əgər ağacın kök boğazı boşalarsa, dibi mütləq torpaqla bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır.
Ağaclarda inkişaf başladıqdan sonra onların yaxşı böyüməsi, yüksək məhsuldarlıq əldə olunması üçün mütəmadi qulluq göstərilməlidir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır. Suvarmadan sonra isə ağacların dibləri yumşaldılmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr verilməlidir. Azot gübrələri isə yazda və yazın ilk yarısında verilir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır.
Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?
22
oktyabr
12:00

Qarabağ
KOMMENTLƏR
Səfir: "Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür"
Bakıda yağış gözlənilir - HAVA PROQNOZU
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
İstirahət gününün HAVAsı
Nizamidə ağac kəsimi ilə bağlı xəbərə - İcradan reaksiya
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat