Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatsa da, qocaman və gənc YAP-çıların gələcək karyerası ilə bağlı müzakirələr səngimək bilmir. Partiyanın rəhbər strukturlarında təmsil olunmaq hüququndan məhrum olan YAP-çıların tezliklə “vitrini” tərk edəcəyi heç kimdə şübhə doğurmur. Obrazlı desək, YAP vaxtilə çiyinlərində hakimiyyətin zirvəsinə daşıdığı şəxsləri indi üzüaşağı yuvarlamaqla məşğuldur.
Yenisabah.az bildirir ki, YAP-ın sonuncu qurultayında “vurulanlardan” biri də qocaman professor, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevadır. YAP Qadınlar Şurasının sədri olan Nurlana Əliyeva nəinki partiyadakı vəzifəsini itirdi, hətta bütün seçkili orqanlardan da kənarda qaldı. Qocaman YAP-çının partiyada “arzuolunmaz şəxs”ə çevrilməsi onun karyerası ilə bağlı çoxsaylı suallar doğurub. YAP-da vəzifəsini itirən 75 yaşlı professor rektor postuyla da vidalaşa bilərmi?
Aldığımız məlumatlara görə, Nurlana Əliyeva YAP-dan əvvəl hakimiyyət kluarlarında “arzuolunmaz şəxs”ə çevrilib. Rəhbərlik etdiyi Bakı Slavyan Universitetində hər hansı ciddi dəyişikliyə imza atmaması, bu qocaman təhsil ocağının adı ətrafında dolaşan şübhəli söz-söhbəti aradan qaldıra bilməməsi rektor xanımın “qara siyahı”ya düşməsinə səbəb olub.
Buna rəğmən, onun BSU-dakı postunu qoruması sırf partiyadakı mövqeyilə bağlı olub. Hakimiyyətin yuxarı eşalonunda yüz minlərlə YAP-çı qadına rəhbərlik edən şəxsin “vurulmasının” siyasi müzakirələrə səbəb olacağını bildikləri üçün bir qədər səbr etməyə qərar veriblər. Artıq həmin zamanın yetişdiyini söyləmək mümkündür. Nurlana Əliyevanın adının tezliklə rektor korpusundan çıxarılacağına artıq heç kim şübhə etmir.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Nurlana Əliyeva ilə bağlı narazılığın tarixi 2019-cu ilin oktyabrına qədər uazanır. Belə ki, 2019-cu ilin oktyabrında BSU tələbələri arasında Sovet və Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə esse müsabiqəsinin keçirilməsi rektor xanımın “vurulması” üçün zəmin hazırlayıb. 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində xüsusi rolu olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə iştirakçıları Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etsələr də, siyasi hakimiyyət bu çağırışları qulaqardına vurmuşdu. YAP-ın sonuncu qurultayı rektor xanım üçün nəzərdə tutulmuş güzəşt limitinin başa çatdığını göstərdi. Bu isə o deməkdir ki, yaxın vaxtlarada BSU-nun “sükanı” arxasında yeni simanı görəcəyik.
Nurlana Əliyeva niyə “vuruldu”? – Rektorluqdan da yola salınır
10
mart
13:47
Qarabağ
KOMMENTLƏR
Bahar Muradovaya YAP-da yüksək vəzifə verildi
YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin - TAM SİYAHISI
YAP Əli Əhmədovun nəzarətindən çıxdı – “Regional təəssübkeşlik etməsi onu...”
BSU Rusiyanın agentura şəbəkəsidir ?-74 yaşlı NURLANA ƏLİYEVANIN REKTOR OLDUĞU UNİVERSİTET HAQQINDA İLGİNC İDDİALAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev