"İldə 150 toya gedirdim. 44 ildir toylar oxuyuram. Heç vaxt korluq çəkməmişəm. Ətrafımdakılar deyirdi ki, Yusifin toyu varsa, demək toylar var. Yoxdursa, yoxdur".
Bakısəsi axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Günün sədası" proqramında deyib. Müğənni toy qonorarından danışıb. O bildirib ki, heç vaxt toy sahibinə qonorar demir:
"Qazandığımı tək yeməmişəm. Elə bilirlər ki, mənim milyonlarım var. Amma heç nəyim yoxdur. İndi tək milyonum can sağlığımdır. Məndən toy qiyməti soruşanda qonorar demirəm. Deyirəm ki, nə versən, min bərəkət. O, qiymət deməkdən daha yaxşıdır. Bir dəfə yanımda bir müğənniyə zəng etdilər, 6500 manat istədi. Qızına zəng etdi ki, gətirməyim, bahadır. Amma məcbur danışdı. Məndən soruşanda isə cavab verdim ki, nə olacaq, Allah bərəkət versin. Qayıtdı ki, sən uddun. Bu adam dostlarına deyib ki, toyda həmin müğənniyə bir manat xərclənməsin, hər şey Yusifə edilsin. Ürəyimdə tutduğum məbləğin dörd qatını yığdım. Axırda bir paket verdilər ki, Bakıda götürəcəklər. Yolda zəng vurdular ki, paket sənindir. Açdım ki, o məbləğ də ürəyimdə tutduğumdan çoxdur.
Mənə bir maşın bağışlayıblar ki... Bir zənglə getdim, kağıza qol çəkib, 110 min dollarlıq avtomobili bir manatsız götürdüm. Hamısı etdiyim gözütoxluğa görədir. Çox müğənni məndən yaxşı oxuyur. Amma mülayimliyimə görə xeyir tapıram".
Əməkdar artistə 110 min dollarlıq avtomobil bağışlayıblar
11
mart
14:15
Qarabağ
KOMMENTLƏR
“Oktyabrın 20-dən sonra toylar başlayacaq“ - Ədalət Şükürov
“Ona heç vaxt halallıq verməyəcəm“ - Əməkdar artist
"Sevinirəm ki, indi heç kimin toyu yoxdur"
Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”
“Qızıllarımı satıb yemişəm“ - Əməkdar artist
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev