Mollakənd Mexaniki Suvarma İdarəsi “Babək-CK” MMC ilə müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 146 886.4 AZN olan müqavilədə Hidrotexniki qurğuların və kanalların cari təmiri üçün materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Babək-CK” MMC 4 mart 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Kürdəmir rayonu Xırdaparay kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Şiralıyev Səftər Eybalı oğludur.
İnternet resurslarında apardığımızdan araşdırmalar nəticəsində aydın olub ki, “Babək-CK” MMC əsasən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan strukturların keçirdiyi tenderlərin qalibi olur. Bu sırada Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin adı xüsusi olaraq vurğulanmalıdır. Yeri gəlmişkən, Mollakənd Mexaniki Suvarma İdarəsi də Kürdəmirdə fəaliyyət göstərir. Qurum su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-a yaxın kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir.
İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var.
İnternet resursları bu idarə barədə neqativ materiallarla zəngindir. Həmin materiallarda qeyd edilir ki, bu qurumun rəhəbrəliyi tez-tez dəyişir. Təxminən il yarım əvvəl idarəyə Lənkəran rayonunun icra başçısı Taleh Qaraşovun qardaşı Valeh Qaraşov rəhbərlik edib. Onun dövründə idarə büdcə vəsaitlərinin mənimsənilməsi üçün əsas vasitə olub. Hər halda mediada tirajlanan materiallarda belə deyilir və qarşı tərəfdən bu iddialara hər hansı reaksiya yoxdur.
“Babək-CK” MMC də büdcə vəsaitlərinin qaranlıq məqsədlərə xərclənməsində əsas oyunçulardan biridir. Yəni, Kürdəmir Suvarma Sistemləri İdarəsi, həmçinin Mollakənd Suvarma İdarəsinin tenderlərinin məhz bu şirkətin udması təsadüfi deyil. MMC-nin əvvəlki rəhbəri Zahir İsmayılov olub. Kürdəmir sakini olan bu şəxsin Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə yaxın şəxs olduğu bildirilir. Onun dövründə əsasən “Babək-CK” MMC sözügedən idarənin elan etdiyi satınalma müsabiqələrində qalib olub. Şirkətin indiki qanuni təmsilçisi Səftər Şiralıyev barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Ehtimal olunur ki, onun MMC-nin qanuni təmsilçisi olması formal xarakter daşıyır.
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
12
mart
10:54
Qarabağ
KOMMENTLƏR
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
BNA 2.8 milyonluq “zapçast” alır
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev