Neftçala Suvarma Sistemləri İdarəsi bir gündə 7 tenderin qalibini elan edib.
“Yeni Sabah” xəbər verir ki, elan olunan tenderlərin ümumi məbləği 1.5 milyon manatdan çoxdur.
İdarənin 3 nov kanalının əsaslı təmiri işlərinin satın alınması tenderini "Sabirabad Dəmir Beton" ASC qazanıb. İşin maaliyyə dəyərinin 200 min 993 manat olduğu qeyd edilib. Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin satın alınmasını da eyni şirkət qazanıb və bu işə görə idarə tərəfindən 177 min 997 manat ödəniləcək.
289 min 229 manatlıq suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınmasını isə Neftçala Melioservis İdarəsi əldə edib.
2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin satın alınmasını (71 min manat), Cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınmasını (234 min 767 manat), Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satın alınmasını (285 min 054 manat), Mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması (280 min 345 manat) tenderlərinin qalibi isə "Sevinc-96" MMC elan edilib. "Sevinc-96" MMC bir gündə ümumilikdə 871 min manatlıq tender udub.
Aparıcı fəaliyyət sahəsi kənd təsərrüfatı olmayan bir rayonda bir gündə suvarma sistemləri ilə bağlı ümumi məbləği 1.5 milyon manatdan çox olan 7 tenderin keçirilməsi müəyyən şübhələr yaradır.
Xatırladaq ki, prezident İlham Əliyev son çıxışlarında dövlət satınalmalarında şişirdilmələrə yol verildiyini deyib və bu sahəyə ciddi nəzarətin olması haqda tapşırıq verib.
Onu da xatırladaq ki, Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev bir il bundan əvvəl korrupsiya ittihamı ilə öz xidməti kabinetində həbs olunub. Onunla bərabər rayonda bir sıra vəzifə sahibləri də qandallanaraq paytaxta gətirilmişdi.
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
12
mart
12:17
Qarabağ
KOMMENTLƏR
Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev