“DET.AL Alüminium” MMC-nin sabiq baş direktorunun Siyahdeniz Turizm İnşaat Sanayi ve Ticaret Anonim adlı şirkətinin nizamnamə kapitalı 24 milyon 300 min TL təşkil edir
Son illər Türkiyədə Azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı çoxlamaqdadır.
AzFakt.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayev İstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim adlı şirkət yaradıb. (Linki BURDA)
Sərxan Babayev Türkiyədə həmdə "Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur “Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır.
Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.
Sərxan Babayev “DET-AL Alüminium” MMC-nin baş direktoru işlədiyi vaxt 2016-cı ildə Türkiyəyədə rus iş adamı kimi peyda olaraq Seyran Həsənov adlı şəxslə "Alva Donna” Şirkətlər Qrupunun səhmdarı olub. 2019-cu ildə isə "Alva Donna” Şirkətlər Qrupunun səhmləri Dubayda qeydiyyatda olan “Vertex İnverstments Limited” şirkətinə satılıb. Bundan sonra “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayev təyin edilib.
Bununla belə, 2019-cu ildən bu yana mətbuatda Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur. Bu isə Sərxan Babayevin “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə “Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.
Bildirək ki, ölkə mətbuatında Sərxan Babayevin adı yüksək vəzifəli məmurlardan birinin ən yaxın adamı kimi keçir. Onun vaxtı ilə “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsinə məhz həmin məmur tərəfindən gətirildiyi iddia edilir.
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
16
mart
12:01
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev