Bu gün Azərbaycanda bir ilk yaşanıb. Şəhər xəstəxanalarının birində 64 yaşlı azərbaycanlı qadın dünyaya əkiz uşaqlar gətirib.
Milli.Az bildirir ki, Musavat.com-un reportyor qrupu süni mayalanma ilə hamilə qalan və hamiləlikboyu dərman qəbul etməyən qadının əməliyyat anını lentə alıb.
Daha sonra adının açıqlanmasını istəməyən ananın həkimi, ginekoloq Cəlaləddin Örnek əməliyyat prosesindən və ana və körpələrin səhhətindən danışıb: "Çox xoşbəxtik,növbəti dəfə bir qadına analıq sevincini yaşatdıq. Pasientimiz bizə yaxınlaşanda ana olmağı çox istədiyini dedi. Öncə ana olmaq istəməyib, illər sonra isə ana olmağa hazır olduğunu düşünsə də, qismət olmayıb. Müəyyən müalicə prosesi keçdikdən sonra süni mayalanma etdik. Qadın ilk dəfədir ki, süni mayalanma prosesi keçirdi. Orqanizmi çox sağlam idi, 25 yaşlı qadının belə orqanizmi olur. Hamiləlikboyu dəmir preparatı içdi. Əlavə heç bir dərmandan istifadə edilmədi. Çox sağlam şəkildə qidalanırdı. Bu gün əməliyyat da uğurlu keçdi. Bir qız və bir oğlan övladı dünyaya gəldi. Onların da sağlamlıq durumu yerindədir".
Əməliyyatda iştirak edən digər ginekoloq Elnurə Mustafayeva isə xanımlara səslənib. O, bildirib ki, qadınlar ana olmaq üçün gecikməsin: "Əməliyyat çox yaxşı keçdi. Həyəcanlı idik. Çünki bir ilkə imza atırdıq. Dünyada 6 və ya 7 qadın var ki, 64 yaşından sonra uşaq dünyaya gətirib. Bəzi qadınlar düşünür ki, menepoza girdikdən sonra övlad sahibi ola bilməyəcəklər. Amma süni mayalanma yolu ilə onların ana olması mümkündür. Bizim ən yaşlı pasientimiz 51 yaşlı qadın olub. Amma bu gün 64 yaşlı qadını xəyallarına qovuşdurduq. Sizin vasitənizlə qadınlara səslənirəm. Ana olmaq üçün illərlə gözləməsinlər, orqanizm hər yaşda öz sözünü deyir, ona görə də vaxtında ana olsunlar".
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
23
oktyabr
12:30
Qarabağ
KOMMENTLƏR
Son illərin tendensiyası: 35-40 yaşdan sonra ana olanların sayı azalır
Bakıda 7 saylı doğum evində ana və körpəsi öldü
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
50 yaşlı kişi yaxın qohumunun 18 YAŞLI QIZINI QAÇIRDI - Əvvəl də 15 yaşlı qızı...
Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev