Xalq artisti Nazpəri Dostəliyevanın oğlunu qəfil vəfatından sonra sənət dostları, digər tanınmış simalar sosial şəbəkələrdə paylaşım edərək müğənniyə səbr diləyib.
Aparıcı Elgiz Əkbər kədərini belə bölüşüb: “Nazpəri xanım, Allah rəhmət eləsin! Axır qəminiz olsun. Allah sizə güc-qüvvət versin, siz güclü qadınsınız!”.
Xeyriyyəçi Hacı Nuran: “Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. Ruhu şad olsun. Allah rəhmət eləsin!”.
Müğənni Afət Fərmanqızı: "Sözün bitdiyi an... Bu acı xəbər hamı kimi məni də çox sarsıtdı. Xəbəri eşidən kimi bu ağır günündə Nazpəri xanımın yanında olmaq istədim. Gülərüzlü Nazpəri xanımdan əsər-əlamət qalmayıb. Allah heç bir anaya bala dağı göstərməsin. İnanmaq ağırdır, amma heyf ki, gerçəkdir. Allah rəhmət eləsin".
Televiziya aparıcısı, prodüser Tarix Əliyev (Tolik): “Nazpəri xanım, Allah sizə səbr versin. Ana üçün ağır dərddir. Allah oğlunuza rəhmət eləsin! Məkanı cənnət olsun!”.
Müğənni Nadir Qafarzadə: "Bu gün eşitdiyim ən şokedici xəbər oldu. Sizə təsəlli verməkdə çox acizəm. Sözüm bitib, dilim quruyub. Dünən bir yerdə dedik, güldük. Bu gün bu xəbər məni dəli etdi. Allah sizə səbr versin. Böyük dərddir. Allah heç bir valideynə bala dərdi göstərməsin".
Şairə Nazilə Səfərli: "Nazpəri xanım, acınız böyükdür. Sizi təsəlli edə bilmərik. Analar arzu edər ki, oğul çiynində son mənzilə yollansın, amma bala dağı görməsin. Allah oğlunuza rəhmət eləsin. Acınızı paylaşıram, Allahdan sizə səbr diləyirəm".
Aparıcı Zaur Baxşəliyev: “Allah heç bir valideynə övlad acısı göstərməsin. Allah rəhmət eləsin!”.
Xanəndə Elnarə Abdullayeva: Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Allahdan sizə səbr, övladınıza rəhmət diləyirəm”.
Qeyd edək ki, Xalq artistinin 41 yaşlı oğlu ötən gün ürək tutmasından dünyasını dəyişib.
Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“
23
mart
14:34
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev