Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti “AZMON-1” MMC ilə maliyyə dəyəri 42 018.03 AZN təşkil edən müqavilə bağlayıb.
HİT.az xəbər verir ki, müqavilədə 240 litrlik yeni dəmir tullantı qutularının alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından qeyd edilir ki, “AZMON-1” MMC 15 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, məhəllə 4042/4060, ev 7, mənzil 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Heydər Bayram oğludur.
Açıq mənbələrdə Heydər Həsənov barədə hər hansı məlumat yoxdur.
“AZMON-1” MMC-yə gəlincə, araşdırmalar zamanı məlum olub ki, bu şirkət vaxtaşırı Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.
2019-cu ildə qurum şirkətlə 49 845.12 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “AZMON-1” MMC məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahlar quraşdırılması nəzərdə tutulub.
2 aprel 2020-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti yenə də “AZMON-1” MMC ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 49 755.41 AZN təşkil edən bu müqavilədə də söhbətgahların quruaşdırılması nəzərdə tutulur. Əvvəlki tenderdən fərqli olaraq burada söhbərgahların sayı da açıqlanıb: 8 ədəd.
Sadə hesablama aparsaq, 1 söhbətgahın quraşdırılmasının 6219 AZN-ə gəldiyini görərik. Bunun nə dərəcədə real olduğuna artıq Komitə aydınlıq gətiməlidir.
“Qaçqınkom” 42 minə zibilqabı alır
05
aprel
12:51
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev