İqtisadiyyat Naziliyi yanında Dövlər Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “De Tal” MMC 18 iyun 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 2, mənzil 78-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Alıyeva Aynur Rahid qızıdır
Araşdırmalarımız zamanı isə bəlli olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlar vaxtaşırı “De Tal” MMC ilə satınalma müqaviləsi imzalayır. Məsələn, ötən il nazirlik toplam maliyyə dəyəri 18 979.47 AZN iki müqavilə imzalayıb. Hər iki müqavilədə mətbəə məhsullarının satin alınması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əmək kitabçalarının satın alınması üçün “De Tal” MMC ilə 34 000 manatlıq müqavilə imzalayıb.