"Vətəndaşlar icazə verilən iki saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər. Əgər vətəndaş Yasamalda yaşayırsa, aptekə getmək istəyirsə, icazə üçün verilən bu müddət ərzində Bakının digər rayonlarındakı aptekə də gedə bilər”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.
O, icazə müddətində vətəndaşların nəqliyyatdan istifadəsindən də danışıb:
"Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edən zaman onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər. Həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər.Burada əsas məsələ həmin şəxsin icazəsi olmasıdır.
Eyni zamanda, bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq”.
C.Salmanov əlavə edib ki, aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlamaq hüquqi var:
"Bütün hallarda yoxlanıla bilər, bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa,karantin rejimini pozmasına görə cərimələnəcək”.
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
03
aprel
13:02
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev