Ucar rayonu Şilyan kənd sakinləri Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlunun adından Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova ünvanlanmış məktubda Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayət olunur.
Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda M.Məmmədovun özbaşınalığı ucbatından kəndin əkin sahələrinin susuz qaldığı iddia edilir: “Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur. Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Payızda əkdiyimiz əkini hələ də suvara bilməmişik. Çünki Müşfiq Məmmədov suyu pulla satır. Biz vaxtında su pulunu veririk. Ancaq Müşfiq Məmmədovun yaratdığı “bazar”ın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daim su ilə təmin olunurlar.”
Sakinlər iddia edirlər ki, M.Məmmədov rayonda korrupsiya şəbəkəsi yaradıb: “Taxılın suvarılması üçün hər hektara 15 manat pul ödəməlisən. Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var. Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar külli miqdardadır. Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar. Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin əməlləri nəticəsində əkinlərimiz məhv olur.”
Sonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova müraciət edən sakinlər şikayətlərinin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirlər.
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
21
aprel
17:07
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev