Qaydaları pozmayan sürücü üçün polisin harada dayanmasının heç bir fərqi olmamalıdır.
Xəzər TV xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev yol-patrul xidməti əməkdaşlarının görünməyən yerdə dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Şöbə rəisi deyib ki, məsələyə bu şəkildə yanaşanlar Dövlət Yol Polisininin əsas funksiyalarından xəbərsizdir.
Namidan Piriyev bildirib ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur.
Buna görə də yol polisinin harada dayanmasının heç bir fərqi yoxdur.
Şöbə rəisi deyb ki, yol polisinin yolun hərəkət hissəsində dayanmaqdansa, kənarda bir yerdə dayanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, qaydaları pozmayan və sürət həddinə əməl edən sürücü üçün yol polisinin harada dayanmasının heç bir fərqi olmamalıdır.
Yol polisi gizlənib, cərimə yaza bilərmi? - VİDEO
23
aprel
10:08
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı