Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin əmri ilə bu ilin aprelində universitetin nəzdində Tibb təhsili və innovasiya şöbəsi yaradılıb.
Universitetdən bildirilib ki, şöbənin müdiri ATU-nun yetirməsi Aynur Orucova təyin olunub.
Şöbənin üzərinə düşən vəzifələrin ən başlıcası dərslərin yeni hazırlanma metodikaları, müəllim və tələbə yerdəyişməsində dəyişikliklər, interaktiv proqramlar, tələbələrdə analitik düşüncə və peşəkarlığın inkişaf etdirilməsi, mühazirələr, təcrübə və simulyasiya dərslərinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq və digər məsələlərdir.
Şöbənin müdiri Aynur Orucova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. 2016-2019-cu illərdə Fransa Respublikası Strasburq Universitetinin dental cərrahiyyə fakültəsində biomühəndislik üzrə magistr təhsili alıb. 2019-2020-ci illərdə isə həmin universitetin Tibb fakültəsində Tibb elmlərində təhsil metodikası üzrə magistr təhsilini alıb. Bu müddət ərzində Strasburq Universitetinin nəzdindəki bir sıra klinika və laboratoriyalarda tədqiqatlar aparıb. A.Orucovanın “Diş kanal doldurucularının fiziki və kimyəvi xüsusiyyətləri” mövzusundakı diplom işi hazırda Strasburq Universitetinin dental cərrahiyyə fakültəsində tədris proqramına daxil edilib.
ATU-da yeni şöbə yaradıldı, rəhbər təyin edildi
23
aprel
13:32
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı