Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, aprelin 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraqların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradılması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qayğının növbəti təzahürü olmasını bildirilib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kompleksinə baxış keçirmışlər. Burada şəxsi heyətin xidmətinin yüksək səviyyədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edilmiş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.
Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndirildikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.
Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıqlarını nümayiş etdiriblər.
DSX-nın yeni zastavası istifadəyə verildi
30
aprel
13:22
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev