Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə dövlət xidməti tərəfindən araşdırmalar başladılıb:
“Nəticə barədə əlavə məlumat veriləcək”.
Sözügedən binada qanunsuz olaraq artırılan mansard bu gün söküləcək.
Ötən gün sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verilib.
Qeyd edək ki, tarixi bina azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.
