Müğənni Rəqsanə İsmayılova Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirib.
Sənətçi İnstaqramda canlı yayımda ad çəkmədən məsələ ilə bağlı bunları söyləyib:
"Elə kişilər var ki, həyat yoldaşlarına ürəyim ağrıyır. Üç, dörd uşaq dünyaya gətirən, həqiqi arvad qalıb kənarda. Onunla oturub-duran çıxıb deyir, mənim ərim. Ərin rəsmi nikahı, zaqsı olur. Həyat yoldaşı ona deyilir. Onun öz arvadı var, onun əridir. Onun üstündə bir-birinizi qırmayın. Heç kimə bu lazım deyil. Onun arvadı var. O qadını başa düşün, ona hörmət edin. Bir kişinin pulu varsa, kimləsə görüşüb, münasibət qurub, kimisə tanıtdırıbsa, o demək deyil onun üstündə bir-birinizi qırasınız. Kişiyə hörmət etməyin, amma qadına edin. Yazıq qadın qalıb kənarda. Uşağının atası ola bilər, amma ər deyil. Rəsmi zaqs kağızını göstər. Budu təsdiqləyən.
Sizin adınız hallanan adamları mən illər əvvəl tanımışam. Onların gözəl ailələri var, indi böyük uşaqları var. İki qadın indi bir-birinizlə çıxıb danışırsız. Öz aranızda məsləni həll edin. Mətbuatda nəsə yazılırsa, durub sən də açıqlama verirsən. Məsələni şişirdirsiniz, onun arvadı nə etsin?".
Qeyd edək ki, DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən başlayıb. Sənətçilər bir-birinin ünvanına təhqirlər səsləndirib./Axşam.az
"Həqiqi arvad qalıb kənarda, bunlar deyir, mənim ərimdi"
30
aprel
16:40
Qarabağ
KOMMENTLƏR
Şəbnəm Tovuzlu HƏDƏLƏDİ: Sənin kim olduğunu bilirəm... - Şəmkir İŞİ
İş adamına görə iki müğənni arasında qalmaqal böyüdü - VİDEO
Erməni qadın Paşinyanın qabağını kəsdi: “Sənin oğlun burdadı, mənimki isə qəbirdə...”
“İş yoxdursa, sənətçilər acından ölürsə, nə etməlidirlər?“ - Qalmaqal
"Şəmkir işi"ndə adı hallanan Famil Xəlilovu tanınmış müğənnilərlə nə bağlayır?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı