Ölkəmizdə toylara qoyulan qadağa bir ildən çoxdur ki, qüvvədədir. Artıq sənət adamları da qazanc əldə etmək üçün Rusiyaya üz tutur. Təbii ki, sənətçilərin Rusiyaya axını səs-küysüz olmayıb. Müğənni Rəqsanə İsmayılova müğənniləri orada əxlaqsızlıq etməklə ittiham edib və şou-biznesin son günlər yaşanan ən böyük qalmaqalına imza atıb:
“Utanıram, vallah utanıram. Rusiyaya toya gələn müğənnilər və musiqiçilər bizi biabır edir. Toy üstündə qırğın salırlar. Siz illərlə çoxlu pul qazanmısız. Bəs 1 ildən çoxdur işsiz olan insanlar, fəhlələr nə etsin? Özünüzü gözdən salmayın. Məclisə girirəm, qadın müğənnilərimiz damaqlarında siqaret kişilərlə otururlar. Utanıram. Məclisdən çıxdınız tutduğunuz evə gedin. Daha musiqiçilərlə, toy sahibinin qohumları ilə pis işlər görməyin. Moskva böyük şəhərdir, amma yenə də kimin nə etdiyi bəlli olur. Restoran sahibiyəm, musiqiçilərlə işləyirəm. Kimin nə etməyindən xəbərim olur. Sizə görə bizə də pis gözlə baxırlar, hörmət etmirlər. Özünüzə hörmət qoyun".
Bəs Rusiyaya üz tutan sənət adamları bu ittihamlar haqqında nə düşünür? Onlara Rusiyada münasibət necədir?
Yenisabah.az xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu musavat.com-a açıqlamasında Rəqsanənin haqlı olduğunu deyib:
“Doğrudur, elə sənət adamları var ki, Rusiyada bizi utandıracaq hərəkətlər edir. Mən də bu durumdan narahatam. Biz orda hörmət qazanmışıq. Bizi ailələrinin içinə buraxırlar. Izdihamla qarşılanırıq. Məsələn mən hər yerə kiçik qaynımla gedirəm, əmimgildə qalıram. Toyumu oxuyub evimə gəlirəm. Əslində belə olmalıdır. Amma bəzilərinin məqsədi toydan qazanmaq deyil. Bu da bizi utandırır. Niyə bizə qoyulan hörməti azatmağa çalışırlar?”
Rəqqasə Fatimə Fətəliyeva isə müğənninin sözlərini belə şərh edib:
“Hər kəs toy ab-havası üçün çox darıxıb. Mən Moskvaya dəvət olunmuşdum. 2 gün orda oldum. Xına mərasimi keçirdik. Dəyərli bəy və xanımlarımız məclisdə iştirak edib. Azərbaycanımızın adət-ənənəsini yaşatmışam.
Rəqsanə xanımın dediklərinə gəldikdə isə o orada yaşayır, restoran sahibəsidir. Hər şeyi bizdən yaxşı bilir. Mən nə isə görüb, eşitməmişəm deyə bu barədə heç nə deyə bilmərəm. Gözəl təəssüratlarla geri dönmüşəm. Burda iş yoxdursa, sənətçilər acından ölürsə, nə etməlidir? Ailəsini dolandırmaq üçün əlbəttə, başqa variantlar axtaracaq, başqa ölkələrə üz tutacaq, ona tələbat olan məclislərə gedəcək. Kimin hansı yolla pul qazanmasına heç nə deyə bilmərəm. görmədiyim şeydən danışa bilmərəm. Allahımdan qorxuram”.
“İş yoxdursa, sənətçilər acından ölürsə, nə etməlidirlər?“ - Qalmaqal
15
aprel
16:44
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev