Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 100 kodu ilə əvvəllər də qeydiyyat nişanları verilib. Lakin bu kodla başlayan qeydiyyat nişanları yalnız diplomatik korpuslara məxsus nəqliyyat vasitələrinə verilir. Qeydiyyat nişanında əks olunmuş "FK" hərfləri isə "fəxri konsul" mənasını daşıyır. Vətəndaşlar hələlik bu qeydiyyat nişanlarını adi avtomobillər üçün əldə edə bilməzlər.
