Əməkdar artist Nigar Şabanovanın idarə etdiyi avtomobilin dövlət nömrə nişanından başqa şəxs istifadə edib. Bu hadisə dövlət nömrə nişanlarının saxtalaşdırılması məsələsini gündəmə gətirib.
Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov mövzuya aydınlıq gətirib.
Hüquqşünas avtomobil nömrələrinin kriminal niyyətli insanlar tərəfindən saxtalaşdırıldığını bildirib:
“Kriminal niyyətli şəxslər avtomobilin dövlət nişanını saxtalaşdıra bilər. Hansı avtomobilin üzərində belə nömrə olarsa, bu, təbii ki, qanunsuzdur. Dövlət Yol Polisi tərəfindən belə hal aşkarlanan kimi, dərhal nəqliyyat vasitəsi saxlanmalı, istifadəsinə qadağa qoyulmalı və həmin qeydiyyat nişanı ondan alınmalıdır. O şəxsin bundan hansı məqsədlər üçün istifadə etməsi araşdırılmalıdır. Ola bilər ki, həmin şəxs bu nömrədən istifadə etdiyi müddətdə hüquq pazuntularına yol verib, cinayət törədib. Buna görə də avtomobilinin qeydiyyat nömrə nişanı saxtalaşdırılan şəxs mütləq polisə məlumat verməlidir. DYP, yol-patrul xidmətinin əməkdaşları və xüsusi texniki vasitələrlə həmin adamın qanunsuz hərəkətlərinin qarşısını almalıdır.
Hətta, heç bir qanun pozuntusuna yol verməsə də belə, başqasının dövlət qeydiyyat nişanını saxtalaşdırıb istifadə edən şəxs üçün 60 manat cərimə və 4 cərimə balı müəyyənləşdirilir”.
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
26
sentyabr
11:30

Qarabağ
KOMMENTLƏR
Bakıda bahalı avtomobilin iştirakı ilə baş verən qəzanın görüntüləri yayıldı — VİDEO
BNA rəsmisi Aybəniz Haşımovanın yalanını ÜZƏ ÇIXARDI
Sabunçuda iki avtomobil toqquşdu - Maşınlardan biri aşdı
Azərbaycanda deputatın “Porsche"si ilə qəza törədən şəxsdən
Bakıda avtomobil yanacaq doldurma məntəqəsinə çırpılıb,
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat