Prezident İlham Əliyev "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.
Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:
Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi - SƏRƏNCAM
07
may
12:13

Qarabağ
KOMMENTLƏR
- Almaniyada "meymun çiçəyi"nə yoluxma artır
- Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı
- Sabahın hava pronozu açıqlanıb
- Toy edənlərin diqqətinə: dəyişiklik var - VİDEO
- Səlcuq Bayraktardan Azərbaycanla bağlı paylaşım
- Şuşada küçəyə Atatürkün adı verildi
- “Mostbet” Mərc Oyunları Azərbaycan Gəncliyini “Narkotik” Kimi Məhv Edir – ARAŞDIRMA
- Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri Cıdır düzündə olublar
- Xoşqədəm Hidayətqızından həbs tələbi xəbərlərinə REAKSİYA - VİDEO
- Öldüyü deyilən 41 yaşlı azərbaycanlı alim intihar edibmiş - YENİLƏNİB
- Bakıda Şəhidlər xiyabanı yaxınlığında açılan gecə klubu bağlandı - VİDEO
- Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - FOTO
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Azərbaycan nefti bir qədər də bahalandı
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
- Sərhədi pozmağa cəhd edən şəxslər SAXLANILDI
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək
- İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
- Rusiyada helikopter qəzası: Ölən var (VİDEO)
- Generallar azad edilən ərazilərdə - VİDEO
- Azərbaycana 49 kq narkotik keçirilməsinin qarşısı alındı
- Rusiyadan Qərb ölkələrinə XƏBƏRDARLIQ
- Rusiya XİN Qərbə xəbərdarlıq edib
- Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib - DEPUTAT ŞƏRH ETDİ
- Eldar Əzizov qəzalı binaların taleyindən DANIŞDI
- Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər