Mayın 8-də Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu məlum olan Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş MAXE, baş əsgər 1988-ci il təvəllüdlü Daşkəsən rayon sakini Vəkilov Elməddin Nizami oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən şəhərinə gətirilib.
Bakisesi.com xəbər verir ki, şəhidin evində keçirilən vida mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid Elməddin Vəkilov Daşkəsən rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
"Sentyabr ayından başlayan Vətən müharibəsi Azərbaycanın ordusunun tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 günə uzun illər işğal altında qalmış doğma torpaqlarımız azad etdi.
Neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Onlardan biri də qəhrəman şəhidimiz Vəkilov Elməddin Nizami oğludur.
Vəkilov Elməddin Nizami oğlu torpaqlarımızın azadlığı uğrunda böyük şücaət, hünər göstərərək şəhid olmuşdur. Onun əziz xatirəsi hər zaman bizlərin – xalqımızın qəlbində əbədi yaşayacaqdır!
Bu gün müqəddəs Ramazan ayında şəhidimiz Vəkilov Elməddin Nizami oğlunu dəfn edirik.
Allah onu cənnətdə mükafatlandırsın, ruhu şad olsun.
Şəhidimizin yaxınlarına, doğmalarına bütün hərbçi dostları və rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Ölkəmiz özünün sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən qalib ölkə kimi dünyada tanınmışdır.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz də xalqımızı, müasir müstəqil dövlətimizi.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin qardaşı Eldəniz Vəkilova təqdim edib.
Dəfn mərasimində yaylım atəşi açılıb.
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
08
may
16:15
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev