Rus hərbçiləri 1812-ci ildə Qarabağ xanını ailəsi ilə birgə bu ərazidə qətlə yetiriblər…
Ruslar erməni maşınlarını Xankəndi ərazisində saxlayıblar ki, Azərbaycan avtomobil kalonu keçsin.
Ermənistan mediasının yazdığına görə, bu məlumatı “Facebook” səhifəsində Qarabağda “ictimai və siyasi xadim” sayılan Bella Lalayan paylaşıb və video-görüntü də əlavə edib.
Lalayanın dediyinə görə, yayımlanan video Xankəndi ərazisində – “Xanbağı yol qovşağı”nda çəkilib.
O, bu yoldan gündə bir neçə dəfə Azərbaycan maşın karvanı keçdiyini bildirir.
Videodan göründüyü kimi, doğrudan da ərazidən onlarla yük maşını keçir.
Xatırladaq ki, “Xanbağı yol qovşağı” deyilən ərazi – əslində Xankəndinin keçmişdən, sovet dövründə də Xan bağı adlanan məhəlləsinin yaxınlığıdır. Qarabağlılar bilir ki, Xankəndinə girişdən çöl yolla Şuşaya gedən yolun üstü Xan bağı adlanır. Hətta ermənilər də həmin yeri belə adlandırırlar.
Qısa arayış:
Xan bağı — Azərbaycanın Şuşa şəhəri yaxınlığında yaşayış məskəni. Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana olub. Sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirib.
12 iyun 1806-cı ildə İbrahim xan məhz bu ərazidə Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilib.
Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - Video
08
may
16:53
Qarabağ
KOMMENTLƏR
Xankəndi tamamilə boşaldılıb - Erməni hərbçiləri belə yoxdur (FOTO)
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
Xankəndində ermənilər arasında dava - Yaralananlar var
Laçın dəhlizində azərbaycanlıların görünməsi Ermənistanda panika yaratdı
Azərbaycan hərbi kalonu Qırmızı Bazardan keçir, ermənilər heyrətlə tamaşa edir - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı