10 may 2021-ci il tarixdə isə Abşeron rayonu, St. Sumqayıt ərazisində məcburi köçkün ailələri üçün yeni inşa olunmuş yaşayış kompleksinin ərazisində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası həyata keçirildi.
Ağacəkmə kompaniyasında Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanları və məktəb kollektivləri iştirak edirdilər. Ağacəkmə kampaniyasında 2000-dən artıq ağac əkildi. Ağacəkmə kampaniyasında 1000-dən artıq adam iştirak edirdi.
Ağacəkmə kampaniyasının bundan sonra da davam etməsi nəzərdə tutulur.