"Fikrimcə bir nəfər konkret mənimlə düşmənlik aparır. Bu yolla gündəmə gəlmək istəyir. Susmağım o aciz bəndəni narahat edir. Amma artıq İnstaqramda deyil, üz-üzə görüşüb həddini bildirməyin vaxtıdır".
Azxeber.com xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifova haqda yazıb.
O statusa bunları da əlavə edib:
"Bir də ki, başsız, sahibsiz qadına qadın demirlər. Qadında abır-həya yaxşı şeydir. O hər murdarlığa əl atır. Öz doğmamın üzərindən mənə söz atıb gündəmə gəlmək istəyən, səninlə tezliklə görüşəcəyik.
Sən "qaşındın", səni təkbətək "qaşımalı" olacam. Səbirli ol. Bu günə qədər yazığım gəldiyi üçün susdum. Amma sən həddini aşdın.
Adama deyərlər sən kimin dərdini çəkirsən? Cəsarətin varsa, çıx qarşıma. Çoxu düşünür ki, onunla söhbətim kiminsə üstündədir. Yox, dostlar. Mənim həyat yoldaşım onu heç tanımır və üzünə də baxmaz.
Burada söhbət hansısa kişidən getmir. Bunu "qaşındıran" başqa şey olmalı. Əl çək! Şeytan sifətini hamıya bildirdin. Bəsdir, əlimdə öləcəksən. Qaçma, çıx qarşıma".
Qeyd edək ki, V.Şərifova Şəbnəmə replika ataraq onun ünvanına sərt sözlər yazıb. Hətta o həmkarını qəfil dünyasını dəyişən "Media show" menecerlik şirkətinin rəhbəri Ceyhun Əsədovu şərləməkdə günahlandırıb.
Şəbnəmdən Vəfaya sərt sözlər: "Ərim sənin üzünə də baxmaz"
16
may
17:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı