Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib.
Ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.
R. Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq.
Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq?
Bakisesi.com xəbər verir ki, DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: “Burada söhbət “plyonka”dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək “plyonka” yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb”.
K. Əliyev “Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?” sualına “Görülə bilər” deyə cavab verib.
Polisdən “plyonka” xəbərdarlığı - 3 gün sonra...
28
aprel
02:09
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev