Bu sözləri müğənni Nura Suri deyib. O, uşaqların onlayn dərslərə çətinliklə öyrəşdiyini vurğulayıb:
“Uşaqlar güc-bəla ilə online dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən yorur, digər tərəfdən də səhər, o cümlədən dərsdən qayıdanda saatlarla tıxacda olurlar, ağızlarına 8 saat maska taxırlar, uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin?
Onsuz da 2020-ci ilin martından əziyyət çəkirik”.